Mirmahmud Mirəlioğlu: “Qərar vermişəm ki, Milli Şura ifadəsini dilimə gətirməyim”

Mirmahmud Mirəlioğlu: “Qərar vermişəm ki, Milli Şura ifadəsini dilimə gətirməyim”
# 17 sentyabr 2014 14:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Qərar vermişəm ki, Milli Şura ifadəsini dilimə gətirməyim”.

APA-nın məlumatına görə, bunu Milli Şuranın üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu qurumun sonuncu sessiyasında iştirak etməməsinə aydınlıq gətirərkən deyib.

M. Mirəlioğlu Milli Şuraya yeni üzvlərin qəbulu məsələsinə də münasibət bildirib. O deyib ki, KXCP quruma qəbul olunan şəxslərə etiraz edib: “Ancaq həmin adamlar qəbul olundu və düşünürəm ki, bu, Milli Şuranın öz işidir”.

O, bundan sonra KXCP-nin Milli Şurada qalıb-qalmayacağı barədə suala cavab verməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR