Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar
# 12 mart 2010 06:42 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri martın 11-də saat 18.30-dan 18.45-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.25-dən 20.35-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR