ABŞ-dakı Axıska türkləri Qırğızıstan əleyhinə mitinq keçiriblər

ABŞ-dakı Axıska türkləri Qırğızıstan əleyhinə mitinq keçiriblər
# 08 may 2010 19:59 (UTC +04:00)
Bakı-APA. ABŞ-da yaşayan Axıska türkləri, BMT binasının qarşısında mitinq keçirərək Qırğızıstanda soydaşlarına qarşı baş verən hücumlara etiraz ediblər. Hücuma və təzyiqə məruz qalan soydaşlarını yalnız buraxmayacaqlarını bildirən Axıska türkləri, ABŞ, BMT və Türkiyədən dəstək istəyiblər.

Nyu-Yorkdakı Birləşmiş Millətlər Təşkilatı qərargahı ilə Türk evi arasındakı Daq Hammarşald parkında keçirilən etiraz aksiyasında Massaçusets, Nyu-Cersi, Pensilvaniya ştatlarında yaşayan Axıska türkləri də qatılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR