Azərbaycanda daha 3 qeyri-bank kredit təşkilatı yaradılıb - YENİLƏNİB

Azərbaycanda daha 3 qeyri-bank kredit təşkilatı yaradılıb - <font color=red>YENİLƏNİB</font>
# 13 aprel 2011 13:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın vergi oqranları mart ayında daha üç bank olmayan kredit təşkilatını qeydiyyata alıb.

«APA-Economics»in məlumatına görə, Beyləqan rayonunda qeydiyyatda olan «Finaz» MMC adlı bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 30 min manat təşkil edir. «Finaz» MMC-nin təsisçisi Mehdizadə Aqil Famil oğlu, Müşahidə Şurasının üzvləri Zeynalov Həmzağa Mirzağa oğlu, Mehdiyev Famil Ağalar oğlu və Süleymanov Elman Firidun oğlu, qanuni təmsilçi isə Mehdiyev Bariz Əliağa oğludur.

Bakı şəhərində təsis olunan «Səba Kredit» BOKT-nin nizamnamə kapitalı 300 min manat təşkil edir. Təşkilatın təsisçisi Quliyev Nicat Eldar oğludur.

Bakıda təsis olunan digər BOKT – «Union Kredit»in nizamnamə kapitalı da 300 min manat təşkil edir. Təşkilatın təsisçiləri Qurbanov Teymur Akif oğlu və Pənahov Orxan Ismayil oğludur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR