Müasir Müsavat Partiyası mitinq keçirəcək

Müasir Müsavat Partiyası mitinq keçirəcək
# 13 aprel 2011 12:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müasir Müsavat Partiyası (MMP) aprelin 23-də mitinq keçirəcək. MMP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya aprelin 23-də saat 16.00-dan 17.00-a qədər kütləvi aksiya keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib. Məktubda partiya paytaxtın Fəvvarələr Meydanında, “Nərimanov” və ya “Təbriz” kinoteatrlarının qarşısındakı meydanda mitinq keçirmək niyyətini açıqlayıb.

Partiya şəhər rəhbərliyinin alternativ təkliflərini də müzakirə etməyə hazırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR