Azərbaycan prezidenti Tailand kralını təbrik edib

Azərbaycan prezidenti Tailand kralını təbrik edib
# 04 dekabr 2015 15:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Tailand kralı Bhumibol Adulyadeji ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir xoş gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR