Maliyyə Nazirliyi tədavülə 20 mln. manatlıq dövlət istiqrazı buraxıb

Maliyyə Nazirliyi tədavülə 20 mln. manatlıq dövlət istiqrazı buraxıb
# 05 iyul 2016 14:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyulun 5-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101003512 ISIN kodlu, tədavül müddəti 91 gün olan 20 mln. manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "APA-Economics"ə verilən xəbərə görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 67,3 mln. manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 20 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98.3422 (gəlirlilik 6.8553%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 4 oktyabr 2016-cı ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR