Kamran İmanov: “Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb”

Kamran İmanov: “Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb”
# 14 noyabr 2016 08:31 (UTC +04:00)

“Azərbaycan piratçılığa qarşı beynəlxalq mübarizənin fəal iştirakçılarından biridir”.


APA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, müəllif hüquqları sahəsində də öz nüfuzu ilə seçilir: “Müəllif Hüquqları Agentliyinin aidiyyəti dövlət qurumları ilə birlikdə keçirdiyi müvafiq tədbirlər nəticəsində son illər ölkəmizdə piratçılığın səviyyəsi kitab nəşri sahəsində 2005-ci illə müqayisədə 31 faiz, audio-video məhsulları bazarında 25 faiz, proqram təminatında 11 faiz aşağı düşüb”.

K. İmanovun sözlərinə görə, agentlik erməni plagiatçılığı istiqamətində bir sıra tədbirlər həyata keçirilib: “Məsələn, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalar və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilməsi üçün məsələ qaldırılması ilə əlaqədar agentliyin tarixi faktlara, elmi və etimoloji əsaslara, mənbələrə istinadla hazırladığı arayış və şərhlərdə erməni iddialarının əsassızlığı göstərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR