Heydər Əsədov: "Biz düyüyə olan tələbatı özümüz ödəməliyik"

Heydər Əsədov: "Biz düyüyə olan tələbatı özümüz ödəməliyik"
# 17 fevral 2018 10:12 (UTC +04:00)

Ötən il çəltik idxalına 36 milyon dollar vəsait xərclənib.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın çəltiyə tələbat 40 min tondur.

"Biz düyüyə olan tələbatı özümüz ödəməliyik. Tezliklə Koreya istehsalı çəltikəkən, şitiləkənin gətirəcəyik ki, çəltik istehsalını kütləvi şəkildə artıraq. Seleksiya işlərinə fikrir verməliyik. Biz düyüyə olan tələbatı tam ödəməliyik", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR