Bakıda Çexiya-Azərbaycan əlaqələrinin tarixinə həsr olunmuş kitabın təqdimatı olub

Bakıda Çexiya-Azərbaycan əlaqələrinin tarixinə həsr olunmuş kitabın təqdimatı olub
# 01 noyabr 2017 15:07 (UTC +04:00)

Bu gün Çexiyanın Azərbaycandakı səfirliyində Çexiya-Azərbaycan əlaqələrinin tarixinə həsr olunmuş kitabın birinci hissəsinin təqdimat mərasimi keçirilib.


APA-nın xəbərinə görə, Çexiyanın ölkəmizdəki səfirinin müavini Piter Vaqner bildirib ki, kitab arxiv materiallarından ibarətdir və hələlik tam hazır deyil.


P. Vaqnerin sözlərinə görə, kitab XIV əsrdən 2015-ci ilə qədər Çexiya və Azərbaycan arasında mövcud olan əlaqələrdən bəhs edir: "Kitabın hazırlanmasında Çexiya və Azərbaycan tarixçiləri birgə çalışır. Kitabın hazırlanmasında Azərbaycan hökumətinin rəsmi sənədlərindən, siyasi sənədlərdən istifadə etmişik".

P. Vaqner qeyd edib ki, kitabın ikinci hissəsi üzərində iş bu il yekunlaşmalıdır. Onun sözlərinə görə, gələn ilin iyun ayında kitabın rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır: "Kitab çex, Azərbaycan və ingilis dillərində nəşr olunacaq. Hələlik kitaba hansı ad verəcəyimizi qərarlaşdırmamışıq. Bu, iş prosesində bəlli olacaq. Yəqin ki, siyasi bir ad fikirləşərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR