Hesab.az istifadəçiləri bonuslarını “Xalq Bank”ın plastik kartlarına dəyişə bilərlər - FOTO

Hesab.az istifadəçiləri bonuslarını “Xalq Bank”ın plastik kartlarına dəyişə bilərlər - <span style="color: red;">FOTO
# 21 avqust 2015 11:59 (UTC +04:00)

Bakı - APA-Economics. Hesab.az istifadəçiləri artıq ödənişləri müqabilində qazandıqları bonusları "Dərhal dəyiş" bölməsindəki hədiyyələrə dəyişə bilərlər.

Hesab.az portalında “Dərhal dəyiş” bölməsinə yeni hədiyyələr əlavə olunub. İstifadəçilər bonuslarını “Xalq Bank” tərəfindən təqdim edilən plastik karta (Visa İnternet Kart) da dəyişə bilərlər.

Bu plastik kart vasitəsi ilə Siz internetdə təhlükəsiz və rahat ödənişlər edəcəksiniz. Visa İnternet Kartdan istifadə edərək, 24 saat ərzində İnternet vasitəsilə bir çox əməliyyatları edə bilərsiniz. Hər dəfə internetdə alış veriş və ödəniş edərkən, məhz ödəniş üçün lazım olan məbləği plastik karta daxil edə bilərsiniz. Siz həm də Visa İnternet kartı SMS məlumatlandırma xidmətinə qoşub, kart hesabına operativ nəzarət edə və müxtəlif əməliyyatlar həyata keçirə bilərsiniz. Bu da kartdan pul vəsaitlərinin oğurlanması, hesabdan artıq məbləğin silinməsi və s. kimi neqativ məqamların qarşısını alır.

Qeyd edək ki, dəyişimdən sonra kart pulsuz təqdim olunacaq və istifadə üçün ilkin mədaxil tələb edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR