ETSN çaylardakı mövcud vəziyyət barədə məlumat açıqlayıb

ETSN çaylardakı mövcud vəziyyət barədə məlumat açıqlayıb
# 17 fevral 2014 11:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-210, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında 70-100, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 118 m3/s olmaqla ongünlük normanın 69 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir.


Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 11 sm azalma, Bankədə 3 sm artım müşahidə olunub. Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm, Şirvanda 240 sm, Salyanda 200 sm, Bankədə 215 sm, Araz çayının Novruzlu məntəqəsində isə 149 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR