Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb
# 01 sentyabr 2014 09:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə Müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.2; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Elşən Əli oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Sevinc Əli qızı Hüseynovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının içərisində gizlədilmiş bir ədəd “Nokia E72” markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR