Bank Of Baku

Magistraturaya sənəd qəbulu başa çatıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 11 fevral 2022 10:12 (UTC +04:00)

2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, fevralın 1-dən başlayan sənəd qəbulunun vaxtı bu gün saat 10:00-da bitib.

Ümumilikdə ərizəsini təsdiq edən bakalavrların sayı 17093 olub, onlardan 15649-sı Azərbaycan, 1444-ü rus bölməsindəndir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR