Mədəniyyət Nazirliyinin rəhbərliyi müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 79-cu ildönümü ilə bağlı Fəxri xiyabanda məzarını ziyarət edib.
APA-nın xəbərinə görə, mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Xalq rəssamı Fərhad Xəlilov, Xalq artisti Şəfiqə Məmmədova tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Müslüm Maqomayevin unikal şəxsiyyət, təkrarsız ifaçı olduğunu vurğulanıb.