Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Eldar Quliyev, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, Sən-Klu merinin birinci müavini Seqolen dö Larmina ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin Sen Klu şəhər qəbirstanlığında yerləşən məzarlarını ziyarət ediblər. Hər iki görkəmli ictimai xadimin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
Bu barədə APA-ya məlumat verən deputat Soltan Məmmədov bildirib ki, Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olan 8 noyabr Zəfər Günündə Xalq Cümhuriyyəti qurucularının məzarlarının ziyarət olunmasının xüsusi mənası var: “Azərbaycan tarixində böyür rolu olan bu şəxsiyyətlərin məzarlarını qalib ölkənin vətəndaşları kimi ziyarət etdik. Hesab edirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun, xalqımızın qazandığı bu qələbə həm də istiqlal tariximizi yazan böyük insanların xatirəsinə ehtiramın ən gözəl ifadəsidir. Onların təməlini qoyduğu Azərbaycan Respublikası bu gün regionun ən güclü dövləti kimi tanınır, qəbul olunur”.
Qeyd edək ki, ziyarət mərasimində çıxış edən səfirlər 1919-cu ildə Paris Sülh konfransına gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvlərindən, onların siyasi amallarından, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin yollardan, üzləşilən çətinliklərin xalqımızın iradəsini sındıra bilməməsindən söz açıblar. Azərbaycanın müstəqilliyini bərpa etməsində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaətindən danışıblar. Torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Sən-Klu merinin birinci müavini Seqolen dö Larmina ölkəsinin tarixini Azərbaycan tarixi ilə müqayisə edərək, Azərbaycanın daha çətin yollar keçdiyini xüsusi vurğulayıb. Azərbaycan oğullarının xatirəsinin yad edilməsi tədbirinə bir neçə dəfə qatıldığını vurğulayaraq, 1918-ci ilin hər iki ölkə üçün vacib il olduğunu, həmin ildə noyabrın 11-də Fransada “Barışıq Günü” kimi qeyd edildiyini deyib. Müstəqilliyin əhəmiyyətinə toxunaraq, Azərbaycanlıları Zəfər bayramı münasibəti ilə təbrik edib.
Milli Məclisin deputatları Soltan Məmmədov və Eldar Quliyev Azərbaycan üçün xüsusi əhəmiyyətə malik tarixi bir gündə Şərqdə ilk demokratik respublikanın qurucularının məzarlarını ziyarət etməkdən qürur duyduqlarını bildiriblər. Xalq Cümhuriyyətinin elan etdiyi hədəflərin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyini vurğulayıblar.
Daha sonra Milli Məclisin deputatları Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Türkiyənin Fransadakı səfiri Refik Ali Onanerin də iştirak etdiyi tədbirdə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yaranmış yeni reallıqlarla bağlı müzakirələr aparılıb. Azərbaycan və Türkiyənin Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mərhələsinin başlanması üçün atdığı siyasi addımların əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Fransada Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı ilə bu gün Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək. Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin ildönümü münasibətilə keçiriləcək tədbirdə Tədbirdə ölkəmizi Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Eldar Quliyev təmsil edir.
Milli Məclisin deputatları Cümhuriyyət qurucularının məzarlarını ziyarət ediblər
© APA | Milli Məclisin deputatları, Cümhuriyyət qurucularının məzarlarını ziyarət
Xarici siyasət
Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar
Azərbaycanlı jurnalistlər İsrail-Livan sərhədində olublar - FOTO
Xəbər Lenti
Qısaldılmış iş vaxtının kimlərə şamil olunduğu açıqlanıb
Səfirlik Şəkidə dağda xəsarət alan Niderland vətəndaşına yardıma görə Azərbaycana təşəkkür edib
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub
“PAŞA Sığorta” “INMERGE” innovasiya sammitinin rəsmi sponsorudur
ƏƏSMN-nin xidmətləri ilə bağlı e-sorğu davam edir
Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan – ƏTRAFLI
Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri açıqlanıb
Həkimlərin maaşı artırılır: Regionlarda səhiyyə xidmətləri necə dəyişəcək?
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
Hidayət Abdullayev: Son 7 ildə beş sosial islahat paketi 4 milyon vətəndaşa fayda verib
Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib
Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar
Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
Azərbaycandan Ermənistana 17 çən vaqon dizel göndəriləcək
KMBİ süni intellektlə MİDA-nın adından 472 saxta müqavilə hazırlayan şəxsləri aşkarlayıb - VİDEO
ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
Rusiyada 12 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Əməkdar artist Bəhruz Vaqifoğlu Pantomim teatrının quruluşçu rejissoru təyin edilib
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydası hazırlanacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
DİN dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı çağırış edib
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
Azərbaycanlı jurnalistlər İsrail-Livan sərhədində olublar - FOTO
İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olanlar müayinəyə cəlb ediləcək
ARMAC icraçı direktoru: Mina fəaliyyətində institusional əlaqələrin davam etdirilməsi vacibdir
Azərbaycanla Qırğızıstan arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib - FƏRMAN
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
Daşınmaz əmlakla bağlı ünvanlanan sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşib
Kibertəhlükəsizliyə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşib
XİN müavini beynəlxalq tərəfdaşları Azərbaycana mina fəaliyyəti sahəsində dəstəyi artırmağa çağırıb
Sabunçuda avtomobildən 78 min manat oğurlanıb
Azercell təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdiriləcək
Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydası təsdiqlənib
Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib
Partiya lideri: Fransız Polineziyasının tam suverenliyi ilə bağlı bəyanat BMT-də təqdim olunacaq
Moskvada beşinci sinif şagirdi müəllimi bıçaqlayıb
ANAMA və ASEAN Regional Minatəmizləmə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Sel Qəbələ-Laza avtomobil yolunda fəsadlara səbəb olub- FOTO
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində panel müzakirə olub - FOTO