Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilməsi ilə bağlı müvafiq dövlət orqanlarına (qurumlarına) ünvanlanan sorğulara vaxtında cavab verilməməsinə görə cərimə müəyyənləşir.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilməsi ilə bağlı müvafiq dövlət orqanlarına (qurumlarına) ünvanlanan sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək.