Bank Of Baku

Siqaret üstündə adam öldürən şəxsin istintaqı başa çatıb

Siqaret üstündə adam öldürən şəxsin istintaqı başa çatıb
# 14 dekabr 2021 09:11 (UTC +04:00)

Mingəçevir sakininin ölümündə təqsirli bilinən Rəşad Salamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə gömdərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, bu il mayın 18-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində Eldar Abbasovun döyülməsi və aldığı xəsarətlərdən mayın 19-da xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Şəki rayon sakini Rəşad Salamovun heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Eldar Abbasovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Salamov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, hadisə siqaret üstündə baş verib. Rəşad Salamov Eldar Abbasov və bacısı oğlu Rizvan Məmmədovdan siqaret istəyib. Onlar bir ədəd siqaret verdikdə isə Rəşad bütün qutunu tələb edib. Bu zaman dava düşüb və dayı ilə bacı oğlu döyülüb. E.Abbasov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR