İran millisinin baş məşqçisi: “Azərbaycan yığmasında yaxşı legionerlər var”

İran millisinin baş məşqçisi: “Azərbaycan yığmasında yaxşı legionerlər var”
# 20 may 2016 10:38 (UTC +04:00)

Bakı – APA. “Olduqca güclü qrupa düşmüşük. Hansı ki, qarşılaşacağımız komandalar arasında bizim kimi, öz qitələrinin çempionları da var”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə İran yığmasının baş məşqçisi Mohammed Nazemoşaria deyib.

Yerli mətbuata açıqlama verən çalışdırıcı dünya çempionatının final mərhələsindəki rəqiblərini dəyərləndirib.

Nazemoşaria İspaniya, Mərakeş və Azərbaycan millilərini müəyyən mənada tanıdığını deyib. O, komandamızda milliləşdirilən futzalçıların olduğunu da vurğulayıb: “İspaniya yığması ilə dünya çempionatlarında 4 dəfə qarşılaşmışıq ki, bunun 3-ü qrup mərhələsində olub. Son iki mundialda qrupda onlarla heç-heçə etmişik. Mərakeş Afrika çempionudu, Azərbaycan yığmasında isə yaxşı legionerlər var. Bu komandalara qarşı da ciddi hazırlaşmalıyıq”.

Nazemoşaria hədəflərinin Kolumbiyadakı dünya çempionatını medalla başa vurmaq olduğunu bildirib: “Dünya reytinqində ilk “beşlik”də qərarlaşırıq. Bu, bizim gücümüzdən xəbər verir. Məsuliyyətimizi dərk edirik. Ölkəmizi ən yaxşı şəkildə təmsil edib, mükafatla dönmək istəyirik”.

Qeyd edək ki, İran yığması mundial çərçivəsində sentyabrın 12-də İspaniya, 15-də Mərakeş, 18-də isə Azərbaycan yığması ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR