Bakı-Böyük Kəsik istiqamətində 100 km-dən artıq yol əsaslı təmir  olunub

Bakı-Böyük Kəsik istiqamətində 100 km-dən artıq yol əsaslı təmir  olunub
# 24 may 2016 09:28 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu-APA. Bu gün Bakı-Böyük Kəsik istiqamətində Dəliməmmədli-Kürəkçay mənzilində 6,8 km yolun əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmri Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin direktoru Xəqani Kazımovun verdiyi məlumata görə, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 100 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR