Koreya səfirliyinin dəstəyi ilə ADU-da K-pop keçirilib

Koreya səfirliyinin dəstəyi ilə ADU-da K-pop keçirilib
# 25 aprel 2016 12:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Dillər Universitetin akt zalında K-pop keçirilib.

Koreyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bu ilki festivalda müasir Koreya musiqisi və ritmik K-pop janrını sevən 21 komandaya bölünmüş 37 gənc iştirak edib.

Festivalda birinci yerə Bts- Dope, Bts-danger adlı mahnısı ilə rəqs edən Emin Ağayev və Black Zone Crew adlı komanda layiq görülüb, ikinci yeri isə T-ara-nın, Number Nine adlı mahnısını ifa edən Pınar Ələkbərzadə adlı iştirakçı tutub.

Tədbirdə, həmçinin, “Samsung” şirkəti işçilərinin musiqi qrupu qonaq olub.

Tədbirdə birinci və ikinci yeri tutan komandalar bu ilin sentyabrında Koreyada keçiriləcək Dünya K-pop festivalında Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Dünya K-pop festivalının final iştirakçıları ayrıca seçim prosesini keçdikdən sonra müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR