"Türk Hava Yolları" I rübü 636 mln. manat zərərlə başa vurub

"Türk Hava Yolları" I rübü 636 mln. manat zərərlə başa vurub
# 10 may 2016 07:53 (UTC +04:00)

Bakı - APA-Economics. "Türk Hava Yolları" (THY) 2016-cı ilin I rübünü 1,24 mlrd. lirə (636,368 mln. manat) zərərlə başa vurub.

"APA-Economics" xəbər verir ki, aviaşirkət ötən ilin analoji dövrünü 373 mln. lirə (191,624 mln. manat) mənfəətlə başa vurub.

Hesabat dövründə şirkətin gəlirləri 18% azalaraq 6,43 mlrd. lirə (3,3 mlrd. manat) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR