Dağıstan İstintaq Komitəsi Dərbənddə bir silahlının məhv edildiyini təsdiqləyib

Dağıstan İstintaq Komitəsi  Dərbənddə bir silahlının məhv edildiyini təsdiqləyib
# 15 may 2016 19:22 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi Dərbənddə bir silahlının məhv edildiyini təsdiqləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İdarənin mətbuat xidməti xəbər verib.

Dərbənddə aparılan xüsusi əməliyyat bu gün səhər saatlarında başa çatıb.

Ötən gün Dərbənddə yaşayış binasında silahlılara qarşı keçirilən xüsusi əməliyyat zamanı 4 silahlı öldürülüb. Atışma zamanı 17 polis yaralanıb, 2-si həlak olub. Silahlı dəstənin mayın 9-da Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətli ilə əlaqəsi olduğu ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR