Avtomobil qaçırmaqda və soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Avtomobil qaçırmaqda və soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb
# 18 may 2016 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtomobil qaçırmaqda və soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Təhlükəsiz Şəhər Xidməti və Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini Şahin Hüseynova məxsus “Daewoo” markalı avtomobili qaçırmış paytaxt sakini, əvvəllər məhkum olunmuş İsmayıl Mirzəyev tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Bakı şəhər sakini B. Məmmədova məxsus mağazadan soyğunçuluq yolu ilə tütün məmulatı apardığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR