Bakıda avtomobil 63 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil 63 yaşlı qadını vuraraq öldürüb
# 18 may 2016 09:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Çobanzadə küçəsi 73 ünvanında qeydə alınıb. Bakı şəhər sakini Vadim Gülməmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini, 1953-cü il təvəllüdlü Lətifə Əliyevanı vurub.

Piyada hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR