Nardaran hadisələri ilə bağlı saxlanılan şəxsin vəsatəti təmin edilməyib

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxsin vəsatəti təmin edilməyib
# 20 may 2016 13:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimi rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan Abbas Hüseynovun girov müqabilində azadlığa buraxılması barədə müdafiə tərəfinin vəsatətinə baxılıb.

Abbas Hüseynovun vəkili Fariz Namazlının APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti veriləcək. Vəkil əlavə edib ki, istintaq orqanı A. Hüseynova qarşı Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29,120.2.3, 29, 120.2.1, 29, 120.2.4-ü bəndləri ilə yeni ittiham irəli sürüb.

Bundan əvvəl o, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və digər maddələri ilə ittiham olunurdu.

Qeyd edəki ki, ötən il noyabrın 26-da DİN-in Nardaranda keçirdiyi əməliyyat zamanı özünü "Müsəlman Birliyi" təşkilatının sədri kimi təqdim edən Taleh Bağırovla birlikdə 60-dan çox şəxs saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR