Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib
# 06 may 2016 10:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mayın 7-si qərb rayonlarından başlayaraq mayın 9-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Temperatur tədricən 3-5 dərəcə aşağı enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR