Sumqayıtda ərzaq mağazası yanıb

Sumqayıtda ərzaq mağazası yanıb
# 13 may 2016 06:46 (UTC +04:00)

Bakı – APA. Bu gün Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan ərzaq mağazasında 10 kv.m sahədə ərzaq malları, 2 ədəd məişət əşyası yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR