Səudiyyə Ərəbistanı neft sahəsində siyasətini dəyişdirməyəcəyini bəyan edib

Səudiyyə Ərəbistanı neft sahəsində siyasətini dəyişdirməyəcəyini bəyan edib
# 08 may 2016 14:58 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı neft sahəsində hazırkı siyasətini davam etdirmək niyyətindədir.

APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının yeni energetika, sənaye və mineral resurslar naziri Haled Əl-Faleh bəyan edib.

H. Əl-Faleh Səudiyyə Ərəbistanının müştərilərinin neftə ehtiyaclarını qarşılamaq sahəsində liderliyini qoruyacağını vurğulayıb.

Qeyd edək ki, kral Salman Səudiyyə Ərəbistanı hökumətinin tərkibində böyük dəyişiklik edib və səhiyyə naziri olan H. Əl-Faleh energetika, sənaye və mineral resurslar naziri təyin edilib. Ancaq Əl-Faleh əvvəllər Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin rəhbəri də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR