Fransa XİN: Vyana görüşünün nəticələrini alqışlayırıq

Fransa XİN: Vyana görüşünün nəticələrini alqışlayırıq
# 17 may 2016 16:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Fransa hökuməti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Vyanada keçirilən görüşü alqışlayır”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Romen Nadal bildirib. "Fransa 2-5 aprel tarixlərində baş verən qanlı toqquşmalardan sonra Ermənistan və Azərbaycan prezidentləri arasında dialoqun yenilənməsinə imkan verən 16 may tarixli Vyana görüşünü alqışlayır”, - deyə o, söyləyib.

R. Nadal qeyd edib ki, görüş zamanı Ermənistan və Azərbaycan prezidentləri münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiqliklərini bəyan edərək atəşkəs rejiminə əməl edilməsi və insidentlərin araşdırılması mexanizminin labüdlüyü barədə razılığa gəliblər: “Bu, çox böyük əhəmiyyət kəsb edir. Fransa tərəfləri razılıqlara əməl etməyə çağırır və amerikalı, rusiyalı tərəfdaşları ilə birlikdə Minsk qrupunun həmsədri kimi vasitəçi rolunu oynamağa davam edəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR