Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi tvinninq layihəsi ilə bağlı tədbir keçirilib

Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi tvinninq layihəsi ilə bağlı tədbir keçirilib
# 28 aprel 2016 08:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Potensialının Gücləndirilməsinə Dəstək” Tvinninq layihəsinin ictimaiyyətə təqdim olunması ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Azərbaycanın Ombudsmanı Elmira Süleymanova açıb.

O bildirib ki, layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Ombudsman Azərbaycanla Aİ arasında mövcud əməkdaşlıq haqda məlumat verib. E. Süleymanova qeyd edib ki, fəaliyyəti dövründə Aİ-nin Şərq tərəfdaşlığı və Tvinninq layihələrində aktiv iştirak edib. E. Süleymanova əlavə edib ki, layihə 4 komponent üzrə icra ediləcək: “Layihə Almaniya və Polşadan olan tərəfdaşların birgə iştirakı ilə həyata keçiriləcək”.

Tədbirdə bildirilib ki, layihənin məqsədi Milli Preventiv Mexanizm, uşaq hüquqları, əlilliyi olan şəxslərin hüquqları, yaşlı şəxslərin hüquqları və məlumata çıxış hüququ ilə bağlı mandatının icra edilməsini təmin etmək işində Ombudsman İnstitutu və onun regional mərkəzlərinin potensialının dəstəklənməsidir.

Qeyd olunub ki, layihənin icra müddəti 2 ildir, layihə fəaliyyətinə 2015-ci ilin dekabr ayında başlanılıb.

Tədbirdə layihə rəhbəri Volker Ellenberger, İqtisadiyyat Nazirliyinin əməkdaşı Toğrul Quliyev və başqa şəxslər çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR