Qulu Məhərrəmlinin jurnalistə qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib

Qulu Məhərrəmlinin jurnalistə qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib
# 28 aprel 2016 08:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbal rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmli İTV-nin əməkdaşı Rauf Rəcəbova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. R. Rəcəbovun vəkili Elnur Quliyevin APA-ya verdiyi məlumata görə, prosesdə tərəflər dinlənilib. Məhkəmə işə Səbal rayon Məhkəməsində deyil, Nəsimi rayon Məhkəməsində baxılması barədə qərar qəbul edib və iş Nəsimi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Q. Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Q. Məhərrəmli iddia ərizəsində AzTV tərəfindən barəsində çəkilən videoda R. Rəcəbovun ona qarşı təhqir səsləndirdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR