İranda 2 polis və bir əsgər həlak olub

İranda 2 polis və bir əsgər həlak olub
# 27 aprel 2016 12:46 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev. APA. İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində naməlum şəxslərin açdığı atəş nəticəsində 2 polis məmuru və bir əsgər həlak olub.

APA-nın Tehran müxbirinin məlumatına görə, bunu İranın Sistan və Bəluçistan əyalətinin polis komandiri Hüseyn Rəhimi deyib.

Onun sözlərinə görə, hücum edənlər 4 nəfər olub və hazırda onların tapılması istiqamətində araşdırmalar aparılır: “Hadisə ötən axşam saat 21 radələrində baş verib. “Peugeot” markalı avtomobilin sərnişinləri 4 polis nəfərinə silahlı hücum edib. Atışma nəticəsində baş çavuş Məcid Coveyni, baş çavuş Əbulfəzl Həmr və bir əsgər həlak olub. İki əsgər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR