Azərbaycanın mülki aviasiyası haqqında videoçarx populyarlıq qazanıb

Azərbaycanın mülki aviasiyası haqqında videoçarx populyarlıq qazanıb
# 28 aprel 2016 08:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) və “Silk Way Holding” Azərbaycanın mülki aviasiya obyektləri barədə "On/Off" formatında çəkilən qeyri-adi videoçarx hazırlayıb.


AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, internetdə böyük populyarlıq qazanan "On/Off" formatı müəyyən bir vaxt tezliyi ilə dəyişən və fərqli yerlərdə çəkilən müxtəlif kadrları əks etdirən selfi-videoçarxıdır.

Videoçarxda pilotlar, təyyarə bələdçiləri, dispetçerlər, həkimlər, kinoloqlar, yanğınsöndürənlər, Milli Aviasiya Akademiyasının tələbələri, “SW Business Aviation”, “SW Technics”, “SW West”, “Baku Cargo Terminal”, “Sky Catering” və Azərbaycan mülki aviasiyasının digər müəssisələrinin işçilərini videoçarxda görmək olar.

Videoçarxı diqqətinizə çatdırırıq: https://www.youtube.com/watch?v=0cGBaahSYhA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR