Tovuzda su anbarında batmış 22 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Tovuzda su anbarında batmış 22 yaşlı oğlanın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 02 iyul 2016 20:43 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda Tovuzçay su anbarında boğulan 1994-cü il təvəllüdlü Yaşar Hümbətovun cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

APA-nın qərb bürosunun xəbərinə görə, cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Qeyd edək ki, rayonun Dönük Qırıq kənd sakini Yaşar Hümbətov anbarda dostları ilə çimərkən batıb

**** 19.29

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda suda boğulma faktı baş verib. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Tovuzçay su anbarında qeydə alınıb. Rayonun Dönük Qırıq kənd sakini, 1994-cü il təvəllüdlü Yaşar Hümbətov anbarda dostları ilə çimərkən batıb.

Hazırda meyitin axtarışları davam etdirilir.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR