Poroşenko: “Donbasda vəziyyətinin gərginləşməsi ilə əlaqədar BMT TŞ-nın iclası keçiriləcək”

 Poroşenko: “Donbasda vəziyyətinin gərginləşməsi ilə əlaqədar BMT TŞ-nın iclası keçiriləcək”
# 27 aprel 2016 20:26 (UTC +04:00)

Bakı-APA. Donbasda vəziyyətinin gərginləşməsi ilə əlaqədar BMT TŞ-nın iclası aprelin 28-də Nyu-Yorkda keçiriləcək.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

“Aprelin 28-də Ukrayna tərəfinin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının açıq iclası baş tutacaq. Səbəb Donbasda vəziyyətin gərginləşməsi və Rusiya tərəfindən Minsk razılaşmalarının yerinə yetirilməməsidir”, deyə P.Poroşenko bildirib.

Qeyd edək ki, bundan əvvəl P.Poroşenko “normand dördlü”yü üzrə tərəfdaşların Donbasda ATƏT-in silahlı polis missiyasını yerləşdirilməsini dəstəklədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR