ABŞ prezidenti Vyetnama gəlib

ABŞ prezidenti Vyetnama gəlib
# 22 may 2016 18:39 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Vyetnama rəsmi səfərə gəlib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Obama vyetnamlı həmkarı Çan Day Kuanqla iki ölkə arasında iqtisadi-ticarət və təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, Barak Obama iki ölkə arasında münasibətlərin normallaşdırılmasından sonra Vyetnama səfər edən sayca üçüncü ABŞ prezidentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR