Azərbaycan Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirak edir

Azərbaycan Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirak edir
# 16 may 2016 13:11 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasizadə və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisdə keçirilən Şərq-Qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirak edir.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, onun birinci müavini Kaxa Kaladze, digər hökumət nümayəndələri qatılıblar.

Jurnalistlərə açıqlama verən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Azərbaycanın baş naziri Artur Rasizadə, həmçinin hər iki ölkənin energetika nazirləri Bakı-Supsa neft kəmərinin vacibliyindən və bu kəmərin hər iki ölkənin iqtisadiyyatına böyük təkan verdiyini bildiriblər.

Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda Gürcüstan və Azərbaycan hökumətinin baş nazirləri, energetika nazirləri və hər iki ölkənin səfirləri kollektiv şəkil çəkdiriblər.

A. Rasizadə Gürcüstandan keçən ən böyük beynəlxalq layihələrin Azərbaycan və Gürcüstan xalqının rifah halının yaxşılaşmasına təkan verən layihələr olduğunu bildirib.

Tədbir jurnalistlər üçün qapalı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR