Dünya birjalarında qızıl 24 dollardan çox bahalaşıb

 Dünya birjalarında qızıl 24 dollardan çox bahalaşıb
# 30 aprel 2016 08:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,32% - 17 773,64 bəndədək, S&P 500 0,51% - 2 065,30 bəndədək, NASDAQ 0,62% - 4 775,36 bəndədək azalıb.

APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,27% - 6 241,89 bəndədək, Almaniya DAX-ı 2,73% - 10 038,97 bəndədək, Fransa CAC-40-ı 2,82% - 4 428,96 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 24,10 dollar bahalaşaraq 1 290,50 dollara, gümüş isə 0,30 dollar artaraq 17,89 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR