Nyu-York Assambleyasının sabiq spikeri korrupsiyaya görə 12 il həbs cəzasına məhkum edilib

Nyu-York Assambleyasının sabiq spikeri korrupsiyaya görə 12 il həbs cəzasına məhkum edilib
# 04 may 2016 00:14 (UTC +04:00)

Bakı-APA. ABŞ-da məhkəmə Nyu-York Assambleyasının sabiq spikerini 12 il həbs cəzasına məhkum edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 76 yaşlı Şeldon Silver vəzifədə olduğu dövrdə beş milyon dollar həcmində rüşvət götürməkdə ittiham olunub.

Qeyd edək ki, Şeldon Silver Nyu-York Assambleyasının spikeri vəzifəsinə 1974-cü ildə seçilərək 21 il bu postda çalışıb. O, son 20 ildə ştatın ən nüfuzlu siyasətçisi hesab olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR