AXCP ilə bağlı Ali Məhkəməyə müraciət edilib

AXCP ilə bağlı Ali Məhkəməyə müraciət edilib
# 27 may 2016 08:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiyanın qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin AXCP-nin qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi ilə bağlı iddianı təmin etməmək haqqında qərarından Ali Məhkəməyə şikayət edilib.

Xatırladaq ki, AXCP-nin qurultayın 2015-ci ilin sentyabrın 27-də keçirilib və Əli Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR