Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan ediəcək

Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan ediəcək
# 17 iyun 2016 08:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 45827 şagird (IX sinif üzrə 25530, XI sinif üzrə 20297) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, buraxılış imtahanı Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhər və rayonlarında təşkil olunub.


9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb. İyunun 17-dən etibarən komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şagirdlər imtahana gələrkən sənədlərini gətirməyiblər. Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə xatırladırıq ki, imtahanda müəyyən sənədlər tələb olunur. Bunlara “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli, 16 yaşı tamam olmayan və şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər bu sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR