Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti keçiriləcək

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti keçiriləcək
# 08 avqust 2016 08:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək.

APA-nın məlumatına görə, artıq İran prezidenti Həsən Ruhani ötən gündən Azərbaycanda səfərdədir.

Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycana gəlməsi gözlənilir.

Görüşdə əsasən “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Prezidentlər Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqlar.

Sammitin sonunda bəyannamənin imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR