Elmar Məmmədyarov çexiyalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov çexiyalı həmkarı ilə görüşüb
# 04 may 2016 09:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov çexiyalı həmkarı Lübomir Zaoraleklə görüşüb.

APA-nın məlumatına görə, bu barədə Çexiya XİN-in məlumatında bildirilir.

Qeyd edək ki, E. Məmmədyarov Çexiyada səfərdədir. O, bu gün Praqada keçiriləcək Vışeqrad qrupu (Çexiya, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR