Kanadada meşə yanğınlarının sahəsi 200 hektara çatıb

Kanadada meşə yanğınlarının sahəsi 200 hektara çatıb
# 08 may 2016 13:25 (UTC +04:00)

Bakı-APA. Kanadanın Albert əyalətində meşə yanğınlarının sahəsi iki dəfə artaraq 200 hektara çatıb.

APA-nın “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, artıq meşə yanğınları qonşu Saskaçevan əyaləti üçün də təhlükə törədir.

Albert əyalətində isti hava səbəbindən meşə yanğını ötən bazar günü başlayıb. Hakimiyyət əyalətin təbi fəlakət olan rayonlarında fövqəladə vəziyyət elan edib. Fort Mak-Mörrey şəhəri yanğından ciddi ziyan çəkib, bu şəhərdə 1,6 min ev məhv olub. Hazırda yanğının söndürülməsinə 500 yanğınsöndürən, 15 vertolyot və 15 təyyarə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR