Moskvada V Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək

Moskvada V Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək
# 25 aprel 2016 09:56 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aprelin 27-28-də keçiriləcək konfransın əsas mövzusu terrorçuluqla mübarizə olacaq.

Tədbirdə Asiya-Sakit okean regionunda təhlükəsizlik, Avropada müharibə və sülh problemi, qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinə də diqqət yetiriləcək. Eyni zamanda, Yaxın Şərqdə beynəlxalq təhlükəsizliyi təhdid edən ziddiyyətli, ənənəvi və yeni çağırışlar, “rəngli” inqilablara qarşı fəaliyyətdə silahlı qüvvələrin rolu, Mərkəzi Asiya regionunun təhlükəsizliyinin təmin edilməsi müzakirə olunacaq.

Qeyd edək ki, V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan Respublikası da daxil olmaqla, 82 ölkədən nümayəndə heyəti iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR