Ədliyyə naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Ədliyyə naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb
# 29 aprel 2016 16:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən F. Məmmədov iki ölkə arasında olan dostluq və əməkdaşlıq münasibətlərindən danışıb.

R.Sekuta mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycanın əhəmiyyətini qeyd edib.

Görüşdə dünyada aktual olan ədalət mühakiməsinin effektivliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi, korrupsiyaya qarşı mübarizə məsələlərinə, habelə hüquq təsisatlarının inkişafı və digər mövzulara dair faydalı fikir mübadiləsi aparılıb, Azərbaycanda bu sahədə həyata keçirilən islahatlara maraq göstərilib.

Söhbət zamanı ölkəmizdə aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və digər əldə edilmiş nailiyyətlər barədə məlumat verilib. Səfir bu sahədə irəliləyişlərin əldə olunmasında Azərbaycan Hökumətinin səylərini alqışlayıb, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə dair niyyətini ifadə edib, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR