Xoşbəxt Yusifzadə BTC ilə bu günə qədər nəql olunan neftin həcmini açıqlayıb

Xoşbəxt Yusifzadə BTC ilə bu günə qədər nəql olunan neftin həcmini açıqlayıb
# 25 aprel 2016 09:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı-Tbilisi-Ceyhan boru kəməri fəaliyyətə başlayan gündən bu günə qədər 407 mln. ton nəql olunub.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X. Yusifzadə deyib ki, bunun 299 mln. tonu Azərbaycan neftinin payına düşür.

"Ümumiyyətlə Bakı-Supsa boru kəməri fəaliyyətə başlayandan bu günə qədər 76 mln. ton neft nəql olunub, Bakı-Novorossiysk kəməri isə bu günə qədər ümumiyyətlə 11 mln. ton neft nəql olunub. Bu günə qədər dəmir yolları vasitəsilə 21 mln. ton neft xarici ölkələrə göndərilib", - deyə vitse-prezident qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR