Bolqarıstan prezidenti növbəti seçkilərdə iştirak etməyəcək

Bolqarıstan prezidenti növbəti seçkilərdə iştirak etməyəcək
# 21 may 2016 01:07 (UTC +04:00)

Bakı-APA. Bolqarıstan prezidenti Rosen Plevneliyev növbəti seçkilərdə iştirak etməyəcəyini bəyan edib.

APA-nın “Ukrinform”-a istinadən verdiyi məlumata görə, dövlət başçısı siyasətdə qalacağını bildirsə də, hər hansı partiyaya üzv olmayacağını və siyasi təşkilat yaratmayacağını qeyd edib.

“Qarşıdan gələn seçkilərdə sırf şəxsi motivlərlə bağlı iştirak etməyəcəm. Bu barədə artıq baş nazir Boyko Borisovu məlumatlandırmışam. Səlahiyyətlərimin müddəti bitdikdən sonra Bolqarıstanın demokratikləşməsi və müasirləşməsi üzərində işlərimi davam etdirəcəm”, deyə R. Plevneliyev bildirib.

Qeyd edək ki, R. Plevneliyev 2011-ci ildə Bolqarıstan prezidenti seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR