Bakıda 15 yaşlı uşaq I sinifdə oxumaq üçün sənəd verib

Bakıda 15 yaşlı uşaq I sinifdə oxumaq üçün sənəd verib
# 18 may 2016 15:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il paytaxt Bakıda I sinifdə təhsil almaq üçün 15 yaşlı uşaq sənəd verib.

Bakı şəhəri Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu günə kimi Bakıda 8 yaşdan yuxarı 51 uşaq mektebeqebul.edu.az saytı vasitəsilə I sinifə qəbulla bağlı elektron qeydiyyatdan keçib. Bakı şəhəri Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda verilib ki, ən böyüyü 2001-ci il təvəllüdlü, ən kiçiyi isə 2007–ci il təvvəllüdlüdür. 8 yaşdan yuxarı olan 51 uşaqdan 26-sı oğlan, 25-i qızdır.

Həmin uşaqların hansı səbəbdən məktəbə gec getmələri məlum deyil. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən onların məktəbə gec getmələrinin səbəbləri araşdırılır.

Qeyd edilib ki, yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunacaqlar. Təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş nümunəvi tədris planları əsasında aparılır. Fərdi təhsil həftədə 4 gün təşkil olunur. Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR